Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib
İstanbul, 11 oktyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.
Bu barədə AZƏRTAC-a Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.
Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.
Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.
WWF-in Azərbaycan ofisi Bəsitçay qoruğunda aparılan monitorinq işlərinə dəstək verir
Bir sıra ərazilərdə güclü külək əsir – FAKTİKİ HAVA
Ravil Qaynutdin: İqlim gündəliyi ölkələr tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilməz
Elşad Əsgərov: Təbiətimizə qaytarılan zubrlar landşaft mühəndisləri rolunu oynayır