“Füzuli günləri” layihəsi çərçivəsində konsert olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli günləri” layihəsi çərçivəsində “Çölün ruhu” xor musiqisi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edib.
Musiqili gecədə Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru (bədii rəhbər Merbol Kuspanov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) çıxış edib.
Proqramda Azərbaycan və Qazaxıstan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.
“Cəhənnəm sakinləri” Şəki Dövlət Dram Teatrında nümayiş olunacaq
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək
“Nəsildən-nəslə teatr” layihəsinin panelində gənclərlə yeni tendensiyalar müzakirə olunub
Akademik Musiqili Teatr ölkəmizi beynəlxalq festivalda təmsil edəcək