Elxan Əzizov: Süni intellektin inkişafı texnoloji asanlıq gətirməklə yanaşı, bir sıra narahatlıqlar da doğurur
Bakı, 11 oktyabr, AZƏRTAC
Hazırda bütün dünyada süni intellektin inkişafı və tətbiqi texnoloji asanlıq gətirməklə yanaşı, bir sıra narahatlıqlar da doğurur. Bütün dünya bunun hüquqi tərəfləri üzərində fikirləşir. Düşünürəm ki, ölkəmizdə hazırlanan Milli Süni İntellekt Strategiyası bu istiqamətin Azərbaycanda necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bunu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”nin ikinci günündə çıxışı zamanı deyib.
“Normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklərlə üzləşir. Buna görə texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici bazanın olması zəruridir. Həmçinin texnologiyanın inkişafı üçün müvafiq infrastruktur təmin olunmalıdır ki, texnologiyaların tətbiqi və istifadəsi zamanı çətinlik yaranmasın”, - deyə E.Əzizov əlavə edib.
Dəmir yollarının “şah damarı”nda VİDEO
AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib