“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Biləsuvar və Ağsuda davam edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi “Gender əsaslı cins seçiminin qarşısının alınması məqsədilə yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Biləsuvar və Ağsu rayonlarında davam etdirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin rayonlarda yeni doğulmuş (cari ilin iyul və avqust aylarında) qız övladları olan ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, gigiyenik vasitələr, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimatdan ibarət qutu təqdim olunub.
Layihə ümumilikdə 60 ailəni əhatə edib. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə bundan əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər, Sabirabad, Qusar və Salyan rayonlarında uğurla icra edilib və mərhələli olaraq digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur.
Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırılması yolları
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti təşkil olunub
Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb
Sumqayıtda fiziki zor tətbiq edərək qadının 6 min manatını götürən şəxs saxlanılıb