Yeni Suraxanı qəsəbəsində qanunsuz tikilinin qarşısı alınıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Suraxanı rayonu ərazisində bir sıra qanunsuz tikinti faktları aşkar edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, nəticədə rayonun Yeni Suraxanı qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kvadratmetr və 60 kvadratmetr ölçüdə) və zəbt edilən 0,03 hektar ərazinin hasarlanma işlərinin qarşısı alınıb.
Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülərək qanunsuz tikililərin söküntüsü təmin edilib.
Son bir il ərzində sabit genişzolaqlı internetin median sürəti 2 dəfə artıb
® “Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı
Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ