×
A
A
A
Sazlamalar

“COP29 və qlobal iqlim dəyişiklikləri” - tədbir

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “COP29 və qlobal iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Sosial elmlər və psixologiya fakültəsinin dekanı dosent Rövşən Cavadov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışıb.
Bildirib ki, COP29 kimi mühüm tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyanın beynəlxalq, ekoloji siyasətində, qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aparıcı rola malik olduğunu göstərir.
Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, bunun minimuma endirilməsi üçün ölkəmizdə görülən işlərdən söz açıblar. Həmçinin işğal dövründə Ermənistanın Qarabağda ekosid törətdiyini diqqətə çatdırıblar.
Hazırda ölkəmizdə azad edilmiş ərazilərin ekoloji tarazlığının bərpası, yaşıl iqtisadiyyatın inkişafı, yaşıl enerjiyə keçid üçün böyük layihələr icra olunur, sərmayələr yatırılır.

 

Elm və təhsil 2024-10-11 17:37:00