Məsut Özil "Qarabağ"ın qonağı olub, komandanın açıq məşqini izləyib
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özil “Azersun Arena”da “Qarabağ”ın açıq məşqini izləyib.
AZƏRTAC xəbər verir ki, adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçini Gənclər və İdman Nazirliyinin, eləcə də Ağdam klubunun nümayəndə heyəti müşayiət edib.
Ulduz futbolçu onu izləməyə gələn azarkeşlərə təşəkkür edib. Azərbaycana gəldiyi üçün xoşbəxt olduğunu deyən M.Özil təəssüratlarını bölüşüb: “Qarabağ bizim canımızdır. Bu şəhəri təmsil edən komandaya uğurlar arzulayıram".
O, daha sonra "Qarabağ" klubunun akademiyasının gənc futbolçuları ilə əyləncəli oyunda üz-üzə gəlib.
Qeyd edək ki, Məsut Özil karyerası ərzində "Real Madrid"lə yanaşı, İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbağça" kimi tanınmış komandalarının formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilən dünya çempionatının qalibi olub.
Avropa Liqası: “Budyo-Qlimt” - "Qarabağ" oyununda birinci hissə başa çatıb YENİLƏNİB-3
Avropa Liqası: “Budyo-Qlimt” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Kilian Mbappe Fransa millisinə dəvət almayıb
Əfran İsmayılov: “Qarabağ” artıq avrokubok oyunlarında qol fürsətlərindən yararlanmalıdır