×
A
A
A
Sazlamalar

“Çelsi”nin yarımmüdafiəçisi sentyabr ayının ən yaxşı oyunçusu seçilib

Bakı, 11 oktyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, bu ada ötən ay “Çelsi”nin heyətində 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Koul Palmer layiq görülüb.
İngiltərə millisinin üzvü “Mançester Siti”dən Erlinq Holann və “Liverpul”dan Luis Dias kimi futbolçuları qabaqlayıb.

 

İdman 2024-10-11 16:59:00