Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Bakı, 11 oktyabr, AZƏRTAC
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalları dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı səhifələrdə Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın türk dilinə uyğunlaşdırılmış “Bir sevgi hekayəsi” əsərinin nəşrinə başlayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanan əsər yazıçının yığcam yaradıcı bioqrafiyası ilə təqdim olunub.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq öz səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Edqar Allan Po, Frans Kafka, Alber Kamü kimi dünyaşöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.
Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO
Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub