Misli Premyer Liqasının üç klubu cərimələnib
Bakı, 11 oktyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının IX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” – “Şamaxı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Həmin matçda bölgə təmsilçisinin üzvü Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və komandasını 500 manat ziyana salıb.
“Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” matçları zamanı ev sahibi komandaların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klubların hərəsi 800 manat cərimələnib.
"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb
"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib
"Qarabağ" növbəti transferini həyata keçirib
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib