Dünya çempionu olmuş tanınmış futbolçu karyerasını başa vurub
Bakı, 11 oktyabr, AZƏRTAC
Almaniya millisinin Polşaəsilli sabiq futbolçusu Lukas Podolski karyerasını başa vurub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, “Qornik” (Polşa) və yetirməsi olduğu “Köln” (Almaniya) komandalarının özü üçün təşkil etdiyi vida matçında hər iki klubun formasını geyinib.
Həmin qarşılaşmada Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv, “Borussiya”nın (Dortmund) keçmiş qapıçısı Roman Vaydenfeller və “Bavariya”nın qolkiperi Manuel Noyer də meydana çıxıblar.
Qeyd edək ki, Lukas Podolski karyerası ərzində “Bavariya” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda oynayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub