×
A
A
A
Sazlamalar

Millətlər Liqası: Azərbaycan – Slovakiya matçının hakimləri müəyyənləşib

Bakı, 11 oktyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün referisi Roxit Saqqi olacaq. Ona yan xətt hakimləri Morten Yensen və Anders Olav Deyl kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İdman 2024-10-11 12:20:00