“Mançester Yunayted”in futbolçusu ürək əməliyyatı keçirib
Bakı, 11 oktyabr, AZƏRTAC
Mərakeş millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Nussair Mazraui ürək əməliyyatı keçirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
O, bu səbəbdən Afrika Millətlər Liqasının seçmə mərhələsində oktyabrın 12-də Mərkəzi Afrika Respublikası yığmasına qarşı qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, bu ilin yayında Almaniyanın “Bavariya” (Münxen) komandasından “Mançester Yunayted”ə keçən Nussair Mazraui 10 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Çempionlar Liqası: “Barselona” – “İnter” oyununda 6 qol vurulub
“Çempionların savaşı” şahmat turnirinin qalibi: Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi
Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub
“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib