Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniyanın qonağı olacaq
Bakı, 11 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, C Liqasının I qrupunda yer alan yığma 3-cü turda Tallində Estoniya seçməsinin qonağı olacaq.
"Lilleküla" stadionunda oynanılacaq qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu qrupun digər matçında Slovakiya millisi doğma meydanda İsveçlə qarşılaşacaq.
Qeyd edək ki, ilk iki turdan sonra aktivində xalı olmayan Azərbaycan yığması 3-cü pillədə qərarlaşıb. Altı xala malik İsveç birinci, Slovakiya ikincidir. Xalı olmayan Estoniya isə qrupun autsayderidir.
Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olunub
“Neftçi” legioner futbolçusu ilə vidalaşıb
Azərbaycan gələn il bədii gimnastika üzrə Avropa Kubokuna ev sahibliyi edəcək
Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxa bilər