Floridada “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Vaşinqton, 11 oktyabr, AZƏRTAC
ABŞ-ın Florida ştatına daxil olan “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfər çatıb.
AZƏRTAC xəbər verir ki, rəsmilər ölüm sayının artacağını ehtimal edirlər. 3 milyondan çox əhalinin içməli suyu, elektrik enerjisi kəsilib. Ölkədə 2200-dən çox uçuş təxirə salınıb, 6 hava limanı fəaliyyətini dayandırıb. Küləyin sürəti saatda 205 kilometr olub.
Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, bu il Floridada hökm sürən sayca 3-cü qasırğa olan “Milton” 3-cü kateqoriyadan 1-ə qədər zəifləyib və dənizə tərəf hərəkətdədir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Tədqiqat: Yaşıl sahələrin artırılması ölüm hallarını azalda bilər
Siciliya adasında əlverişsiz hava şəraiti fəsadlar törədib
Ərdoğan: İqlim dəyişmələri müharibələr, münaqişələr və miqrasiyadan az əhəmiyyət kəsb etmir
Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir
Ermənistanlı nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb edir