Trampla Harris arasında ikinci debatın olmayacağı dəqiqləşib
Vaşinqton, 11 oktyabr, AZƏRTAC
ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında ikinci debat olmayacaq.
AZƏRTAC-ın verdiyi məlumata görə, CNN-in növbəti debatın keçirilməsi ilə bağlı verdiyi təklifin təsdiq olunması üçün son tarix artıq bitib. Kamala Harris debatda iştiraka razılıq versə də, Donald Trampın kampaniyası müsbət cavab verməyib.
CNN debatın oktyabrın 23-nə təyin olunmasını təklif etmişdi.
Bununla yanaşı “Fox News” debatla bağlı oktyabrın 24-ü və ya 27-si təklifini irəli sürsə də təsdiq ala bilməyib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb
Ev pişiyi yeni virusun kəşfində rol oynayıb - ARAŞDIRMA
Bataqlıq ərazilərinin yox olmasına görə dünya 39 trilyon dollar zərərlə üzləşə bilər
Donald Tramp Aİ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib
Uşaq travmaları yetkinlik dövründə psixi sağlamlığa təsir göstərir - ARAŞDIRMA