Qətər Qazaxıstana 20 milyard dollar sərmayə qoyur
Astana, 11 oktyabr, AZƏRTAC
Qətər birgə layihələrin həyata keçirilməsi üçün Qazaxıstana 20 milyard dollarlıq sərmayə yatırır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Senatı prioritet sektorlarda layihələrin inkişafı üçün Qətərlə uzunmüddətli strateji tərəfdaşlıq haqqında Sazişi ratifikasiya edib.
Saziş Qazaxıstan Respublikası ərazisində telekommunikasiya, enerji, nəqliyyat, neft-kimya, kənd təsərrüfatı və maliyyə sahələrində investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Sənəddə həmçinin investorların əmlakın məcburi əvəzsiz olaraq müsadirə edilməsindən qorunması, vergi rejiminin sabitliyinin təmin edilməsi, bir sıra vergi və gömrük güzəştlərinin verilməsinə dair normalar yer alıb.
Saziş bir sıra mühüm layihələrin, o cümlədən yeni telekommunikasiya operatorunun yaradılması, Kaşaqanda qaz emalı zavodu, “Beyneu-Bozoy-Şımkent” magistral qaz kəmərinin ikinci xətti, Qızılorda vilayətində elektrik stansiyası və İrtış çayında su elektrik stansiyasının tikintisinin həyata keçirilməsinə imkan verəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Uzun müddət “özünə nəzarət” yorğunluq və aqressivliyə səbəb ola bilər
Tədqiqat: Yaşıl sahələrin artırılması ölüm hallarını azalda bilər
Siciliya adasında əlverişsiz hava şəraiti fəsadlar törədib
Ərdoğan: İqlim dəyişmələri müharibələr, münaqişələr və miqrasiyadan az əhəmiyyət kəsb etmir
Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir