Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatında 3-cü yer uğrunda oyuna çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 0:3 hesablı qələbəsi ilə yekunlaşdığından millimiz mundialı 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanın U-23 yığması yeni yaradılıb və ilk dəfə dünya çempionatında mübarizə aparıb.
UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb
“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib
Babək Quliyevə UEFA-dan növbəti təyinat
Albert Riera: "Sabah" klubuna hörmət edirik
Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib