Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan və Belarus respublikalarının Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar.
Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub.
Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.
Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib.
Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsinə gəliblər. Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah-sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub.
Vətən müharibəsinin xronikası: 7 noyabr
Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib
Vətən müharibəsinin xronikası: 6 noyabr
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib