×
A
A
A
Sazlamalar

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Bakı, 10 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil olunacaq “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri məlum olub.
Milli komanda yarışda 8 çəki dərəcəsində 12 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kiloqram) almaniyalı Sarah İsçt, Acelya Toprak (57 kiloqram) kiprli Marina Azinou ilə qarşılaşacaq.
Kişilərdə isə Balabəy Ağayev (60 kiloqram) Aleksandru Tirsina (Moldova) / Dauren Syukenov (Qazaxıstan) görüşünün qalibi, Hüseyn Allahyarov (60 kiloqram) gürcüstanlı Nika Xuzauraşvili, Ruslan Paşayev (66 kiloqram) Teo Raoul Ebrar (Fransa) / Raşid Obaid (Birləşmiş Ərəb Əmirlikləri) qarşılaşmasının ən güclüsü, Rəşad Yelkiyev (66 kiloqram) özbəkistanlı İsmoil Nişonboev, Rəşid Məmmədəliyev (73 kiloqram) ekvadorlu Bruno Bermeo, Nəriman Mirzəyev (73 kiloqram) yaponiyalı Tatsuki İşihara, Zelim Tçkayev (81 kiloqram) macarıstanlı Botond Tot, Ömər Rəcəbli (81 kiloqram) Vinçenso Pelliqra (İtaliya) / Ruslan Musayev (Qazaxıstan) görüşünün qalibi, Murad Fətiyev (90 kiloqram) Rhyan Zarçye Qaray (Filippin) / Luka Babutsidze (Gürcüstan) görüşünün qalibi, Musa Hüseynli (90 kiloqram) niderlandlı Mark van Deyk, İmran Yusifov (+100 kiloqram) niderlandlı Yur Speykers, Uşanqi Kokauri (+100 kiloqram) filippinli Esleken Kedonu sınağa çəkəcək.
Qeyd edək ki, oktyabrın 11-dən 13-dək keçiriləcək turnirdə 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İdman 2024-10-10 16:19:00