Estoniyalı yarımmüdafiəçi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir
Bakı, 10 oktyabr, AZƏRTAC
“Komandada ab-hava yaxşıdır. Bizi Azərbaycan və İsveçə qarşı maraqlı oyunlar gözləyir. Onlarla necə oynacağımızı bilirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Estoniya millisinin yarımmüdafiəçisi Markus Poom UEFA Millətlər Liqasında Azərbaycan və İsveç komandalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, Azərbaycan millisi ilə son Avropa çempionatının seçmə mərhələsində qarşılaşdıqlarını xatırladıb: “Buna görə də rəqibi daha yaxşı tanıyırıq. Doğma azarkeşlər önündə güclü dəstəyə sahib olacağıq. Azərbaycan yığması hücumameyilli futbol oynamağı sevən komandadır. Həmçinin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Lakin müdafiədə zəif təsir bağışlayırlar. Ümid edirəm ki, üstün tərəflərimizdən istifadə edərək, yaxşı nəticə qazanacağıq”.
Qeyd edək ki, oktyabrın 11-də "Lilleküla" stadionunda keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası: "Neftçi" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib VİDEO
Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb
Fernandu Santuş: Qarşıdakı oyunlarda hazırkı vəziyyətdən çıxmağa çalışacağıq VİDEO
Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib