İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
İtaliyanın Venesiya şəhərində 14-cü Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, simpoziumun əsas gündəliyi dənizaltı mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədi daşıyır.
İtaliyanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətinə əsasən Azərbaycanın bu ölkədəki hərbi attaşelik aparatının nümayəndəsi də tədbirdə iştirak edib.
Tədbirin açılış mərasimində İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto çıxış edərək qonaqları salamlayıb.
Trans-Regional Dəniz Gücü Simpoziumunda yüzə yaxın ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanları, eləcə də dörd yüzədək dəniz təşkilatının nümayəndələri iştirak ediblər.
Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüblər
“Anadolu Ankası – 2025” təlimi başa çatıb VİDEO
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub
NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib