Yunanıstan millisinin 31 yaşlı futbolçusu evində ölü tapılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Yunanıstan millisinin və "Panatinaikos" klubunun futbolçusu Corc Baldok 31 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, müdafiəçinin meyiti Afinada yerləşən evinin hovuzunda tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, C.Boldok İngiltərənin "Şeffild Yunayted", "Oksford", "Tamuort", "Northempton", "Milton Kins dons" və İslandiyanın "Vestmannaeyyar" komandalarının da formasını geyinib. O, Yunanıstan millisinin heyətində 12 oyunda meydana çıxıb.
Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib
“Roma”nın yeni baş məşqçisi bəlli olub
Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub