Ordubad şəhərində vətəndaşlarla görüş olub, onları narahat edən məsələlər dinlənilib
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ordubad rayonuna gəlib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi, Şəhidlər xiyabanında Vətən oğullarının məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Ali Məclis sədrinin birinci müavini Ordubad şəhərində zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada Vətən müharibəsi qazisi və Çernobıl əlili üçün nəzərdə tutulan ikiotaqlı mənzillərdə, XVII əsrə aid Cümə məscidində və “Sahil” mehmanxanasının ərazisində aparılan işlərlə tanış olub.
Sonra Bəxtiyar Məmmədov rayon mərkəzindəki Rabitə evində seçiciləri ilə görüşüb. Görüşdə vətəndaşların problemləri dinlənilib, onları narahat edən məsələlərin həlli yollarına dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
Cəlilabadda meşə ərazisinə keçən yanğın məhdudlaşdırılıb YENİLƏNİB-2 FOTO VİDEO
Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub