“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq maraqlı qərarı ilə gündəmə gəlib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın hazırlıq prosesini qapalı saxlamaq və əlverişsiz hava şəraitindən qorunmaq üçün təlim-məşq mərkəzində ağ divar inşa etdirib. Nəhəng tikili “qırmızı şeytanlar”a 200 min funt-sterlinqə başa gəlib.
İnşa edilən divarın dəyəri yüksək olduğu üçün klubda çalışan 250 nəfər işçi ixtisar olunub.
Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 8 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb
"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
“Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub
İtaliya A Seriyası: "Milan" qalib gəlib, "İnter" öz meydanında uduzub