Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zəhra Zümrüd Səlçukla görüş olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Fərid Qayıbov gənclər siyasəti və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Baş direktor isə öz növbəsində rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb.
Görüşdə nazirliklə SESRIC arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanlı sənətçi “Istanbul Autumn Festival” müsabiqəsinin münsiflər heyətinin fəxri üzvü olub
Avropa Kuboku: “Sabah” son oyununda İsveç klubunu məğlub edib
COP29: “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum olub
Azərbaycanın U-17 millisinin baş məşqçisi: Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik