Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb
Ankara, 9 oktyabr, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Discord” mesencerinə girişin bloklanması ilə bağlı qərarın verilməsinin səbəblərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirin jurnalistlərə bildirdiyinə görə, platforma IP ünvanları və mesaj məzmunu ilə bağlı məlumatları Türkiyənin hüquq-mühafizə orqanları ilə bölüşməkdən imtina edib.
“Mesencerin nümayəndələrinin mövqeyini nəzərə alaraq, Ankara şəhərinin məhkəmə orqanları 9 oktyabr çərşənbə günü saat 02.10-dan etibarən platformaya girişi bloklamaq qərarına gəlib. “Discord”la bağlı məsələdə söhbət tamamilə qapalı, məzmunu Türkiyənin təhlükəsizlik strukturlarına məlum olmayan sistemdən gedir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu mesencer vasitəsilə hər hansı hüquq pozuntusu barədə məlumat platforma istifadəçilərindən biri onunla əlaqə saxladıqda hüquq-mühafizə orqanlarına daxil olub.
Uraloğlu vurğulayıb ki, dövlət orqanları bundan sonra da cəmiyyəti qorumaq məqsədilə müvafiq addımlar atacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb