Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır
Bakı, 9 oktyabr, AZƏRTAC
Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır, analar arasında ölüm hallarının sayı isə sürətlə artır.
AZƏRTAC xəbər verir ki, bu barədə amerikalı sahibkar və xeyriyyəçi Melinda Frans Qeyts özünün “Pivotal” təşkilatı vasitəsilə “Qadınların sağlamlığı naminə fəaliyyət” kampaniyasına başlayarkən bildirib. O, dünya üzrə qadınların sağlamlığının yaxşılaşdırılması üzərində çalışan qruplara ümumi məbləği 250 milyon dollar olan yeni qrantlar yönəldəcək.
“Tibdə əldə edilən nailiyyətlərə baxmayaraq, qadınlar sağlamlıqlarının bütün aspektlərində “qəbuledilməz” bərabərsizliklərlə üzləşir, ömürlərinin böyük hissəsini sağlamlıqla bağlı problemlərlə yaşayırlar və hələ də əsas tibb xidmətlərinə çıxışda maneələrlə üzləşirlər. Zəngin və yoxsul ölkələrdə qadınlar bundan əziyyət çəkir və hər gün 700-dən çox qadın dünyaya uşaq gətirdiyi zaman dünyasını dəyişir. Bir milyarddan çox qadın və qız qida çatışmazlığından əziyyət çəkir. ABŞ və digər ölkələrdə reproduktiv sağlamlıqdan imtina edilir”, - deyə Qeyts bildirib.
Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib
Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır
“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib
Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək
Aİ iqlim dayanıqlığı və su təhlükəsizliyi layihələrinə 86 milyon avro investisiya qoyur