×
A
A
A
Sazlamalar

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Qax, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın 2024-cü ilin repertuar planına daxil edilən tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları Azər Kərimov, Afət Yaqubova, Məlahət Məmmədova, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Elnarə Razıyeva, Elnurə Əliyeva və Aynurə Abbasova ifa ediblər.
Uşaqların və valideynlərin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin izlədiyi ilk tamaşa uğurlu keçib.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun verdiyi məlumata görə, teatrda, eyni zamanda, Vladimir Orlovun “Qızıl cücə” əsəri əsasında hazırlanan tamaşanın məşqləri də davam edir. Rejissor Araz Mehrablının quruluş verdiyi tamaşa noyabrın əvvəlində uşaqlara təqdim olunacaq.

 

Regionlar 2024-10-09 17:05:00