Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Bakı, 9 oktyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək U-22 Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları bəlli olub.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi yarışda 13 boksçu təmsil edəcək.
Doqquz gün davam edəcək turnirdə Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Kamil Babayev (57 kiloqram), Ruslan Qədirov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Şəmsi Şahbazov (71 kiloqram), Fərhad Şeydayev (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Seyid Seyidov (86 kiloqram), Mehparə Məmmədov (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) qüvvəsini sınayacaq.
Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli azərbaycanlı hakim Anar Nağdiyev də yer alacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 12-də start veriləcək.
Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib
“Milan” Luka Modriçin transferini açıqlayıb
Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?
“İmişli”nin yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub
İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib