Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma bu dəfə Çexiya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk turda Serbiyaya 1:5 hesabı ilə məğlub olan komandamız ikinci görüşündə Hindistanı üstələyib - 16:0.
Yekunda 3 xalla qrup üçüncüsü olan milli komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Yığma yarımfinala gedən yolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib
“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib
Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib