×
A
A
A
Sazlamalar

Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb

Bakı, 9 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasında Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, yığmanı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman 2024-10-09 15:32:00