×
A
A
A
Sazlamalar

Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Qərb siyasətçiləri son bir ay ərzində Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər. Bütün bunlar aktiv seçkiqabağı kampaniya fonunda baş verir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.
Onun sözlərinə görə, hər gün Gürcüstan ilə bağlı 3-4 bəyanat səslənir və bu, planlaşdırılmış seçki kampaniyasının göstəricisidir.
Xaricdən maliyyələşən yerli QHT-lərin fəaliyyəti göstərir ki, hazırlıq seçki gününə deyil, seçkidən sonrakı dövrə yönəlib. Yəni, onlar artıq bununla deyirlər ki, seçkinin nəticələrini tanımayacaqlar.
“Mən hamıya müraciət edirəm və xahiş odur ki, gürcü xalqının seçimini qəbul edin”, - deyə Ş.Papuaşvili vurğulayıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2024-10-09 14:17:00