×
A
A
A
Sazlamalar

Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib

Daşkəsən, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə ilkin yardım edilib, vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-10-06 17:45:00