Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 2 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 145 litr olan plastik, 22 litr olan şüşə butulka və 59 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırır.
Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub
Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib
FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib