Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub
Gəncə, 6 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrı 17 nəfərlik heyətlə İstanbulda keçirilən Beynəlxalq Teatr Festivalına qatılıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Avrasiya Teatrlar Birliyinin və Maltəpə bələdiyyəsinin birgə keçirdiyi festivalda Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edən Gəncə teatrı Əziz Nesinin “Toros canavarı” tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Kubilay Erdelikara, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissoru Yusif Cəfərovdur. Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Elxan Abbasov, Novruz Cəfərov, Ramiz Vəliyev və digər aktyorlar canlandırıblar.
TÜRKSOY-un Baş katibi: Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir
Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda qastrol səfərində olub
Qaraçay üzərində yeni körpünün inşasına başlanılıb VİDEO
Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb VİDEO