Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib
Vulf Dorn: Bütün əsərlərin ilk səhifəsini yazmaq ən çətin məqamdır
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünyaşöhrətli alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə oxucuların suallarını cavablandıran yazıçı əsərləri yazmağa başlayanda psixiatriya xəstəxanasında işlədiyini, müəyyən nüanslarda xəstələrdən, onların həyat hekayələrindən ilhamlandığını deyib. O, əsərlərində reallıqları göstərməyə çalışdığını qeyd edib.
“Əsərlərimdəki adlar ölkələrə görə dəyişir. Əsasən tarixi yazıçıları sevirəm. Müasir yazıçılardan Stiv Berrinin adını çəkə bilərəm. Hər oxuduğum yazıçıdan nəsə öyrənirəm. Ona görə də mən onların hamısını sevirəm.
Bütün əsərlərin ilk səhifəsini yazmaq ən çətin məqamdır. Çünki sən oxucularına vəd verirsən ki, xüsusi bir əsər yazacaq, fərqli bir atmosfer təqdim edəcəksən. Həmin atmosferin yaradılması daha çox ilk səhifədən asılıdır. Əgər ilk səhifən uğurlu olsa və oxucunun diqqətini çəksə, onlar yenə sənin əsərlərini oxumağa davam edəcəklər. Əks halda oxucularını itirə bilərsən. “Ən çox çətinlik çəkdiyin əsərin hansıdır?” sualına cavab olaraq deyə bilərəm ki, həmin prosesi hazırda üzərində işlədiyim əsərdə yaşayıram. Çünki orada çoxlu obrazlar var və mən onları oxuculara necə düzgün təqdim edəcəyimi düşünürəm”, - deyə yazıçı bildirib.
Daha sonra imza saatı təşkil edilib.
Sərgi çərçivəsində oktyabrın 6-da da yazıçının Baku Ekspo Mərkəzdə saat 15:00-da oxucularla görüşü təşkil ediləcək.
“Cəhənnəm sakinləri” Şəki Dövlət Dram Teatrında nümayiş olunacaq
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək
“Nəsildən-nəslə teatr” layihəsinin panelində gənclərlə yeni tendensiyalar müzakirə olunub
Akademik Musiqili Teatr ölkəmizi beynəlxalq festivalda təmsil edəcək