×
A
A
A
Sazlamalar

Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında IX tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Neftçi” Tovuz şəhər stadionunda “Kəpəz”in qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 4-cü dəqiqədə “ağ-qaralar”ın heyətində Ervin Koffi açıb. 24-cü dəqiqədə “Kəpəz” Orxan Əliyevin qolu ilə tarazlığı bərpa edib. Bundan 7 dəqiqə sonra Ramil Şeydayev Bakı klubunu yenidən hesabda önə keçirib. Lakin qonaqların qol sevinci cəmi 1 dəqiqə çəkib. O.Əliyev yenidən hesabı bərabərləşdirib. İlk hissənin sonuna yaxın qərb təmsilçisinin yeni transferi Mahammadu Ba uzaq məsafədən vurduğu baxımlı qolla komandasını önə keçirib. “Kəpəz” 48-ci dəqiqədə hesab arasında fərqi artırıb. Bu dəfə Braqa fərqlənib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə Ağadadaş Salyanski qoyub.
Bu mövsüm ilk qələbəsini qazanan “Kəpəz” 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 5 xalı olan “Neftçi” isə 8-cidir.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 5-6-da keçiriləcək.

İdman 2024-10-04 19:00:00