Konfrans Liqasında birinci tura yekun vurulub
Bakı, 4 oktyabr, AZƏRTAC
UEFA Konfrans Liqasının əsas mərhələsində I tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 16 qarşılaşma keçirilib. İngiltərənin “Çelsi” komandası doğma meydanda Belçika “Genti”ni 4:2 hesabı ilə üstələyib. Belarusun “Dinamo” (Minsk) klubu isə Sumqayıtda Şotlandiya təmsilçisi “Harts”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Konfrans Liqası
Liqa mərhələsi, I tur
“Haydenhaym” (Almaniya) – “Olimpiya” (Sloveniya) - 2:1
“Serkl Brügge” (Belçika) – “Sent Qallen” (İsveçrə) - 6:2
“Astana” (Qazaxıstan) – “Baçka Topola” (Serbiya) - 1:0
“Dinamo” (Minsk, Belarus) – “Harts” (Şotlandiya) - 1:2
“Noa” (Ermənistan) – “Mlada Boleslav” (Çexiya) - 2:0
“Legiya” (Varşava, Polşa) – “Betis” (İspaniya) - 1:0
“Molde” (Norveç) – “Larne” (Şimali İrlandiya) - 3:0
“Omoniya” (Kipr) – “Víkinqur” (İslandiya) - 4:0
“Fiorentina” (İtaliya) – TNS (Uels) - 2:0
“Çelsi” (İngiltərə) – “Gent” (Belçika) - 4:2
“Kopenhagen” (Danimarka) – “Yagelloniya” (Polşa) - 1:2
“Luqano” (İsveçrə) – HİK (Finlandiya) - 3:0
“Petrokub” (Moldova) – “Pafos” (Kipr) - 1:4
“Borats” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) - 1:1
LASK (Avstriya) – “Yurqorden” (İsveç) - 2:2
“Şemrok Rovers” (Şimali İrlandiya) – APOEL (Kipr) - 1:1
Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl baş tutmuş iki oyunda Avstriya “Rapid”i Türkiyədə “Başakşəhər”ə 2:1, “Vitoriya Gimaraynş” isə Portuqaliyada Sloveniyanın “Tselye” kollektivinə 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb
Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub