Azərbaycan karbon bazarı ilə bağlı mexanizmləri öyrənir
Bakı, 3 oktyabr, AZƏRTAC
Müasir vergi çərçivəsi elə olmalıdır ki, həm daxilolmalar, həm ətraf mühitin mühafizəsi, həm sosial hədəflər, həm də iqlim öhdəliklərini yerinə yetirə bilsin.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Paris sazişi çərçivəsində ölkələrdən üçdə ikisi milli hədəfləri müəyyən ediblər və karbon qiymətləri 2030-cu ilə qədər iqlim dəyişikliklərinin təsirlərini 32 faiz azalda bilər.
“Mitiqasiya tədbirlərində ən güclü alətlərdən biri karbona qiymət qoyulması mexanizmlərinin hazırlanmasıdır. Azərbaycanda karbona xüsusi qiymətqoyma mexanizmləri, o cümlədən effektiv qiymətqoyma alətləri mövcuddur. Karbona qiymət qoyulması üçün sistemlər üzərində işləyir və ekspressiv qiymət qoymağa çalışırıq. Azərbaycan karbona qiymətqoyma mexanizmlərini genişləndirir, mexanizmlərin həm fərdi qaydada, həm də hibrid formada genişləndirilməsi, həmçinin Milli İqlim Dəyişikliyi Strategiyası üzərində çalışırıq. Biz hələ daxili karbon bazarını yaratmamışıq. Karbon bazarı ilə bağlı çox təcrübəmiz yoxdur, lakin Dövlət Vergi Xidməti olaraq müxtəlif bazar mexanizmlərini öyrənirik”, - deyə S.Musayeva qeyd edib.
COP29-un sərgi iştirakçısı: Təşkilatçılıq yüksək səviyyədədir VİDEO
Şirkət rəhbəri: COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm VİDEO
Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib