Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək
London, 21 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer, müavini Ancela Reyner və maliyyə naziri Reyçl Rivz partiya donorlarından geyim üçün əlavə ianələr qəbul etməyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə DauninqStritə yaxın mənbə məlumat verib. Starmerin iş geyimləri və eynəklər üçün 16 min funt sterlinqdən çox yardım aldığı, həyat yoldaşı Viktoriyanın da geyimi üçün donorlar tərəfindən dəstək aldığı məlum olduqdan sonra hökumət başçısı ciddi tənqidlərə məruz qalıb.
Baş nazir və digər hökumət üzvlərinə ianə edənlər arasında Leyboristlər Partiyasının üzvü lord Vahid Allinin adı xüsusilə vurğulanır.
Qeyd edək ki, Leyboristlər Partiyası iyul ayında keçirilən seçkilərdə qazandıqları böyük qələbədən sonra ilk illik konfransına hazırlaşdığı vaxtda bu qalmaqalın qarşısını almağa çalışır.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşları təhdid olunurlar
Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb
Ankaranın paytaxt elan edilməsinin 101-ci ildönümü qeyd edilib
İtaliyada hoteldə yanğın: 273 nəfər təxliyə edilib, 45-i tüstüdən zəhərlənib
Ukraynalı ekspert: Rusiya ordusunun hücum riski hələ də qalır