Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi qalib gəlib, kişi yığması heç-heçə edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət Azərbaycan komandası bu tur Yunanıstanla bərabərə qalıb. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.
Qadınlardan ibarət milli isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.
Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.
İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub
"Çelsi" klublararası dünya çempionatının qalibi olub
Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub
“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır