Pedaqoji Universitetdə “Huma quşu” Fondunun təqdimatı keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbiri açan rektor Cəfər Cəfərov Fondun təhsil və mədəniyyət sahəsinə göstərdiyi dəstəkdən danışıb, təsisçilərə bu əhəmiyyətli təşəbbüs üçün təşəkkürünü bildirib. Professor C.Cəfərov qeyd edib ki, Fond Humay Quliyevanın xatirəsini, eləcə də onun üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb. Təhsil sahəsində Fond və ADPU-nun vahid hədəflərinə diqqət çəkən rektor gəncləri onlar üçün yaradılan bu və digər fürsətlərdən faydalanaraq peşəkar, hərtərəfli, müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşmağa çağırıb.
Daha sonra “Yerin hər zaman görünəcək, Humay” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Fondun sədri Şəhla Vəzirova ikiillik fəaliyyət dövrü ərzində 6 proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verildiyini bildirib. O, Fond tərəfindən aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması məqsədilə “ADA Universitetinin təqaüd proqramı” (3 qrant) və 2024-cü ilin payız çağırışı formatında “Kiçik qrantlar” proqramında (3 qrant) iştirak qaydaları barədə təqdimat edib.
Təəssüratlarını bölüşən “Kiçik qrantlar” müsabiqəsinin qalibi Çinarə Rəcəbova “Huma quşu” Fondunun onun həyatına və təhsilinə etdiyi dəyişikliklərdən danışıb.
Sonda Fondun nümayəndələri qrant və təqaüd proqramları barədə tələbələrin suallarını cavablandırıblar.
Günəş sistemindəki ən böyük fırtına gözlənilmədən hərəkət edir - TƏDQİQAT
Astanada sovet və Rusiya ali məktəblərinin məzunlarının forumu keçirilib
Vulkan palçığının müalicə məqsədilə istifadəsinə dair tədqiqatlar aparılır
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı gənclərdən ibarət elmi komanda təmsil edir