Ukraynanın müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır
Bakı, 20 sentyabr, AZƏRTAC
Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.
“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, – “RBK-Ukrayna” agentliyinin “Telegram” kanalında dərc olunan informasiyasında belə deyilir.
Agentliyin mənbələrinin verdiyi məlumata görə, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.
Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir - ARAŞDIRMA
Qlobal istilik dalğası süd qiymətlərinin yüksəlməsinə gətirib çıxarır
Almaniyada pandemiya dövründəki fəaliyyətin araşdırılması üçün xüsusi komissiya yaradılıb
Araşdırma: Dünyanın ən nadir qan qrupu aşkarlanıb
Cənubi Koreyada rekord sayda pasiyent istivurma səbəbindən xəstəxanaya müraciət edib