Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb
Roma, 19 sentyabr, AZƏRTAC
İtaliya Respublikasında rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov da iştirak edib.
Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib
Bu ilin birinci yarısında hərbi qulluqçularımız 14 beynəlxalq təlimdə iştirak ediblər