Bərdədə orta yaşlı kişi toyda qəfil ölüb
Bərdə, 19 sentyabr, AZƏRTAC
Bərdə şəhərində orta yaşlı kişi toyda qəfil ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən "Qızıl tac" şadlıq sarayında baş verib. Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Əmrahov Mobil Nüsrəddin oğlunun qəfil halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub
Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib