“Neftçi” klubu isveçli idman direktoru ilə yollarını ayırıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“Neftçi” klubu idman direktoru Yens Anderssonla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə isveçli funksionerin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirib.
Yens Andersson ötən ilin sentyabrından “ağ-qaralar”da işləyirdi.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər
“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır
AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib
Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib