Rimas Kurtinaytis Litva millisinin baş məşqçisi postuna əsas namizəddir
Bakı, 18 sentyabr, AZƏRTAC
“Sabah” basketbol komandasının litvalı baş məşqçisi Rimas Kurtinaytis ölkəsinin yığmasını çalışdırmağa əsas namizəddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Litva Basketbol Federasiyasının yeni seçilmiş prezidenti Mindauqas Balçiunas məlumat verib. O, hazırda boş qalan vəzifə üçün namizədlərin siyahısında 64 yaşlı mütəxəssisin də adının olduğunu bildirib. Avropa çempionu olmuş məşqçi ilə ilkin danışıqlar da aparılıb.
Bu ilin yanvarından “Sabah”a rəhbərlik edən R. Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan millisi və Bakının “Qala” klubunun baş məşqçisi olub.
Rimas Kurtinaytis üç dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb.
Slovakiya millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır
“Şimal” Azərbaycan Kubokuna qələbə ilə başlayıb
Azərbaycan millisinin futbolçusu: Estoniya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik VİDEO