Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 21 və 22-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, rəsmi saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb
Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
® “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib
® “Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb