Cəlilabadda narkokuryer saxlanılıb
Cəlilabad, 18 sentyabr, AZƏRTAC
Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla C.Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
“Sağlam həyat” səyyar layihəsi Gəncədə
“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium başa çatıb
ICESCO-nun nümayəndəsi: Qarabağda törədilən vandalizmlə bağlı müvafiq sənədlər qəbul edilib
Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq